Vaxt.Az

«Ən xoş arzularımı bildirirəm»


 

Dmitri Medvedyev Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb

«Ən xoş arzularımı bildirirəm» Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Arif qızı Əliyevaya təbrik məktubu ünvanlayıb. AzərTAc bildirir ki, təbrikdə deyilir:

«Hörmətli Mehriban Arif qızı.

Əlamətdar bayram - 8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu bayram insanlara həmişə səmimiyyət, təbəssüm və parlaq emosiyalar bəxş edir. Yenilənmə dövrü olan bahar bizə sevinc gətirir, xüsusi ovqat yaradır. Martın 8-də biz ən yaxşı arzularımızı və ən səmimi sözlərimizi qadınlara həsr edirik.

Qadınlar ailələrinə, dostlarına və həmkarlarına diqqət və qayğı göstərir, evdə rahatlıq və harmoniya ab-havası yaradırlar. Qoy, hər bir işiniz uğurlu, doğmalarınız və yaxınlarınız xoşbəxt və firavan olsunlar.

Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm».

 





07.03.2017    çap et  çap et