Vaxt.Az

Görüş yeri bilindi


 

Azərbaycan və Ermənistan prezidentləri sabah bir araya gəlir

Görüş yeri bilindi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan arasında görüş noyabrın 19-da Vyanada keçiriləcək. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “twitter” səhifəsində bildirib.
Hazırda Vyanada olduğunu qeyd edən diplomat bu görüşü səbirsizliklə gözlədiyini də vurğulayıb.
Qeyd edək ki, həmsədrlər səfərin təşkili ilə bağlı bir müddət əvvəl regiona səfər ediblər.
Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini təsdiqləyib.
 





18.11.2013    çap et  çap et