Vaxt.Az

Putin gələn ay Qafqaza gəlir


 

Rusiya prezidenti ilin son səfərini Ermənistana edəcək

Putin gələn ay Qafqaza gəlir Rusiya prezidenti Vladimir Putin dekabr ayının əvvəlində Ermənistana səfər edəcək. Bunu jurnalistlərə noyabrın 18-də Rusiyada səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan açıqlayıb.
Nalbəndyan deyib ki, o, rusiyalı həmkarı Sergey Lavrovla Putinin Ermənistan səfərinə hazırlığını müzakirə edib.
Nalbəndyanla Lavrovun görüşündə Ermənistanın Gömrük İttifaqına qoşulması prosesi, iki ölkənin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və ikitərəfli münasibətləri də müzakirə olunub.
 





18.11.2013    çap et  çap et