Vaxt.Az

5 sənəd, 2 təltif


 

Prezidentlər bir-birlərinə «Azadlıq ordeni» və «Heydər Əliyev ordeni» təqdim edib

5 sənəd, 2 təltif AzərTAc xəbər verir ki, noyabrın 18-də Kiyevdə 5 Azərbaycan-Ukrayna sənədi imzalanıb:
«Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasının Protokolu»;
«Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş»;
«Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynanın Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə Məsləhətləşmələr Planı»;
«Azərbaycan Respublikasının Qəbələ Rayon İcra Hakimiyyəti və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası arasında regionlararası əməkdaşlıq haqqında Saziş»;
«Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Ukrayna Milli İncəsənət Akademiyasının Kulturologiya İnstitutu arasında Əməkdaşlıq Müqaviləsi».
Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasından sonra dövlət başçılarının təltif edilməsi mərasimi olub. Viktor Yanukoviç İlham Əliyevə «Azadlıq ordeni», İlham Əliyev Viktor Yanukoviçə «Heydər Əliyev ordeni» təqdim edib.
 





18.11.2013    çap et  çap et