Vaxt.Az

«...Bizi yaddan çıxarmır»


 

Emin Ağalarov: «Trampla yanvarda əlaqə saxlamışam, ...»

«...Bizi yaddan çıxarmır» Məşhur azərbaycanlı iş adamı-milyarder Araz Ağalarovun oğlu Emin Ağalarov ABŞ-ın «Forbes» jurnalına eksklüziv müsahibəsində Birləşmiş Ştatların prezidenti Donald Tramp və ailəsi ilə əlaqələrindən danışıb.

Virtualaz.org xəbər verir ki, Emin Ağalarov atası ilə birlikdə Moskvada «Trump Tower» inşa etməyə hazırlaşdıqlarını, ancaq Trampın prezident seçkiləri kampaniyasına başlamasından sonra bu planın həyata keçirilmədiyini deyib. Habelə bildirib ki, Tramp prezident seçiləndən sonra da onunla təmasları davam edib.

Qeyd edək ki, hazırda ABŞ Konqresinin Nümayəndələr palatasının və Senatın kəşfiyyat komitələri Trampın Rusiya ilə əlaqələrini araşdırmaqla məşğuldur. Və Amerika mediası bütün mümkün ip uclarından istifadə edərək prezidentin Rusiya əlaqələri barədə hər gün nəsə yeni məqamlar dərc etməyə çalışırlar. Bu baxımdan «Forbes» Ağalarovların Trampla əlaqələrinin hələ də qalmasını prezidentin Rusiya ilə əlaqələrinin olmadığı barədə bəyanatlarının səmimi olmadığının sübutu kimi təqdim edib.

E.Ağalarov deyib ki, Moskvada «Trump Tower»in tikintisi üçün ərazi də alınmışdı və Trampın şirkəti ilə müvafiq razılaşmalar əldə olunmuşşdu. Ancaq onun prezident seçkiləri kampaniyasına başlamasını nəzərə alaraq bu layihədən imtina ediblər. «Əgər layihədən imtina edilməsəydi indi tikinti işləri davam etməkdəydi», - Emin deyib.

Emin Ağalarov bildirib ki, Tramp prezident seçiləndə və ondan sonra onlar arasında təmas olub. Hərçənd birbaşa Trampın özü ilə yox, ailə üzvləri ilə. «Mən oğul Donald Trampla əlaqə saxlamışam, prezident Tramp özü isə noyabr ayında atamın ona göndərdiyi təbrikə öz əliylə yazdığı təşəkkür məktubu göndərib. O, dostlarını yaddan çıxarmır», - azərbaycanlı iş adamı bildirib.

«Forbes» Trampın Rusiyada obyektinin olmadığı qənaətinə gəlsə də yazır ki, Emin Ağalarovun dedikləri prezidentin Rusiya ilə heç bir təmaslarının olmadığı haqda bəyanatları ilə uyğun gəlmir.

 





21.03.2017    çap et  çap et