Vaxt.Az

3 qızıl əldən çıxdı


 

Avropa finalında eyni ölkənin idmançılara uduzan bokçularımız 3 gümüş, 1 bürünc medal qazandı

3 qızıl əldən çıxdı Rusiyanın Anapa şəhərində yeniyetmələr arasında boks üzrə Avropa birinciliyinə yekun vurulub. Azərbaycan idmançıları yarışda 3 gümüş və 1 bürünc medala sahib olublar.
Finala vəsiqə qazanmış hər 3 boksçumuz həlledici görüşdə rusiyalı rəqiblərinə uduzub. Rüfət Hüseynov (46 kq) Maqomed Maqomedbekova, Tayfur Əliyev (52 kq) Tamerlan Xanqişiyevə, Hüseyn Tarverdili isə (70 kq) Vladimir Xarçenkoya məğlub olub.
Qeyd edək ki, Ümüd Hüseynov (50 kq) Avropa birinciliyinin bürünc medalına layiq görülüb.
 





18.11.2013    çap et  çap et