Vaxt.Az

XİN-dən ABŞ səfirliyi ilə bağlı açıqlama


 

«Qadağa maşının məsuliyyətindən asılı deyil»

XİN-dən ABŞ səfirliyi ilə bağlı açıqlama Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Bakıdakı Səfirliyinin diplomatik nömrə nişanı olan maşınının, Biznes Mərkəzinin qarşısındakı dayanacaqdan götürülərək, cərimə meydançasına aparılması ilə bağlı mətbuatda yayılan xəbərə münasibət bildirilib.
XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin verdiyi məlumata görə, belə bir maşın evakuasiya olunmayıb. E.Abdullayev bu barədə yazılan xəbərlərin düzgün olmadığını söyləyib. O, məsələ ilə bağlı iki məqama aydınlıq gətirib: «Təbii ki, Azərbaycan tərəfindən belə bir maşın evakuator vasitəsi ilə aparılmayıb. Amma qeyd olunan küçələrdə maşının park edilməsi, maşının məsuliyyətindən asılı olmayaraq qadağandır. Bu qaydalara hər kəs tərəfindən hörmət edilməlidir. Elman Abdullayev Vyana konvensiyasının müvafiq müddəalarına əsasən yerli qanunvericilik və yol qaydalarına hər kəs tərəfindən hörmətlə yanaşılmalı olduğunu qeyd edib.
E.Abdullayev bu barədə Azərbaycan XİN-i ölkəmizdə akreditə olunan nümayəndəliklərə müvafiq məlumatlar təqdim etdiyini söyləyib: «Onlara yol qaydalarına əməl etmələri icazə verilən yerlərdə dayandırılması və icazə verilməyən yerlərdə saxlanılmaması ilə bağlı müxtəlif məlumatlar verilir.
 





19.11.2013    çap et  çap et