Vaxt.Az

«Sizinlə vidalaşıram»


 

Berti Foqts Qırğızıstanla oyundan sonra mətbuat konfransı keçirib

«Sizinlə vidalaşıram» Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Qırğızıstana qarşı keçirilmiş yoldaşlıq görüşündən (0:0) sonra mətbuat konfransı keçirib. Alman mütəxəssisin fikirlərini diqqətinizə çatdırırıq:
- Qırğızıstan yığmasının oyunu necə təsir bağışladı?
- Rəqibin oyunundan xoş mənada təəccübləndim. Qırğızıstan yığmasının Estoniya yığmasına qarşı oyununa baxmışdım. Son iyirmi dəqiqədə pis oynamadıq. Bu meydandan daha yaxşı meydanda oynamaq istərdik. Biz kombinasiyalı futbol oynayırıq və bizə çətin idi. Bu gün qələbə üçün hər şey etdik. Təəssüf ki, Abışov oynamadı. Qırğızıstan göstərdi ki, rəqibi qiymətləndirməmək olmaz. Biz isə bu nəticəyə bəraət axtarmamalıyıq.
- Elə görünürdü ki, Qırğızıstan yığması Berti Foqtsa görə oynayırdı. Razısınız?
- Yığma məşqçiyə görə oynamamalıdır. Mən hiss edirdim ki, oyunçularım bu oyunu ciddi qəbul etmirlər. Əvvəllər biz bir ölkə, qardaş idik. 60 dəqiqə biz sanki bir ölkənin yığması kimi oynadıq.
- Hiss edirsinizmi ki, bu yığmanın baş məşqçisi kimi son mətbuat konfransınızdır?
- Həmişə demişəm ki, belə suallara cavab vermirəm. Mənim ilin sonuna qədər qüvvədə olan müqaviləm var və hələ heç nə dəyişməyib.
- Azərbaycan yığması nəyə nail olmadı?
- Biz sadəcə qol vurmadıq.
- Bu oyun sizin üçün nə əhəmiyyət daşıyırdı?
- Məşqçi üçün istənilən oyun vacibdir. Bəzi oyunçulardan razı qalmadım. Xüsusən, uzun müddət əsas heyətə düşməyənlərdən. Bizim topsuz oyunumuz mənim xoşuma gəlmədi. Son 20 dəqiqə istisna olmaqla. Bu problem, müdafiə futbolu oynayan Lüksemburq və Lixtenşteyn yığmalarına qarşı oyunlarda da vardı.
Siz jurnalistlər mənə doğma olmusunuz. Mənim dostlarım, mən sizinlə vidalaşıram.
 





19.11.2013    çap et  çap et