Vaxt.Az

Erməni general hədələdi


 

Azərbaycanlı ekspert: «Konyakdan içib belə danışır...»

Erməni general hədələdi «Məni de-yure, me-yure maraqlandırmır, de-fakto maraqlandırır. Düşməni məhv etmək, əzmək ki, sakitləşsinlər». Erməni mətbuatı xəbər verir ki, bu açıqlamanı Ermənistan silahlı qüvvələrinin 4-cü ordu korpusunun komandiri Andranik Markaryan bildirib.
Naxçıvanla sərhədə nəzarət edən korpusun komandiri coğrafi baxımdan təmas xəttində hər iki tərəfin üstünlükləri olduğunu bildirib. 
«Cəbhənin müxtəlif istiqamətlərində vəziyyət müxtəlifdir. Elə ərazilər var ki, əsas yüksəkliklər bizdə, eləsi də var ki, azərbaycanılardadır». 
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərovun fikirlərini alıb. Üzeyir Cəfərli erməni hərbiçinin bəyanatına sərt cavab verdi. 
«Havalar soyuduqca erməni hərbçiləri də bədənlərini qızışdırmaq üçün müxtəlif vasitələrə əl atmaq istəyir. Hesab edirəm ki, bu erməni generalı yanındakı erməni konyakından içib belə danışır. Gec-tez Qarabağ uğrunda müharibə başlayacaq və erməni general fikirləşsin ki, öz şəxsi heyətinin həyatını necə qoruyacaq. Çünki bu dəfəki müharibə çox fərqli olacaq və qələbəmizlə başa çatacaq».
 





20.11.2013    çap et  çap et