Vaxt.Az

«... Heç vaxt təkrarlanmasın»


 

Tramp Holokost qurbanlarının anım mərasimində çıxış edib

«... Heç vaxt təkrarlanmasın» ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Vaşinqtonda Holokost qurbanlarının anım mərasimində nitq söyləyib. Prezident Tramp bazar ertəsi Holokostla bağlı rəsmi bəyanat açıqlayıb. «Hər bir nəsil Holokostun dərslərini öyrənməlidir ki, belə dəhşətlər, vəhşiliklər və soyqırım heç vaxt təkrarlanmasın», - deyə bəyanatda bildirilir.

ABŞ prezidenti Holokostu «Avropa yəhudiliyin dövlət səviyyəsində nasist rejimi və onun əlaltıları tərəfindən sistematik təqibləri və məhv edilməsi səyləri» adlandırıb. O, dünyanı «qurbanları unutmamağa, onların xatirəsi və həyatlarını anmağa və bəşəriyyətin tiranlıq və şər üzərində qələbəsini təntənə etməyə» çağırıb.

Prezident Tramp bildirib ki, Holokostun dərslərinin unudulmaması «nifrət ideologiyaları və laqeydliyə münasibətdə ayıq olmağın əhəmiyyətini» vurğulayır.

Trampın üç ay əvvəl hakimiyyətə gəlmləsindən sonra Holokostla əlaqədar iki insident kəskin tənqid olunub.

Yanvar ayında hakimiyyətə gəldikdən bir qədər sonra Trampın Holokost Xatirə günü münasibətilə açıqladığı bəyanatda Hitlerin «yəhudi məsələsinin birdəfəlik həlli» kampaniyası çərçivəsində alı milyon yəhudinin öldürülməsi qeyd edilməmişdi.

Bu yaxınlarda isə Ağ Evin sözçüsü Şon Spayserin hətta Hitlerin belə Suriya prezidenti Bəşar Əl-Əsəddən fərqli olaraq kimyəvi silahlardan istifadə etməməsi haqda açıqlaması tənqidlərlə qarşılanmışdır. Spayser sonradan açıqlamalarına görə üzr istəmişdi.

 





25.04.2017    çap et  çap et