Vaxt.Az

Təbriz klubu lideridir


 

«Traktorsazi» 3 Tehran klubunu geridə qoyub

Təbriz klubu lideridir Futbol üzrə İran çempionatında XVI turun oyunları keçirilib. Təbrizin «Traktorsazi» klubu hesabat turunda yerli azarkeşləri önündə «Persepolis»i məğlub edib - 1:0.
Hazırda cənublu soydaşlarımız 29 xalla çempionatın lideridir. «Traktorsazi» ilə eyni qədər xalı olan Tehranın «Neft» komandası ikinci yerdədir. Təbriz təmsilçisinin prinsipial rəqibi - Tehran «İstiqlal»ı 28 xal toplayaraq, digər paytaxt klubu «Fulad»la 3-4-cü yerləri bölüşür. Güney Azərbaycandan əliboş dönən «Persepolis» isə 27 xalla 5-ci pillədə qərarlaşıb.
«Traktorsazi» dekabrın 6-da keçiriləcək turun növbəti oyununda 18 xalla 11-ci yerdə mövqe tutan «Göstareş Fulad»ın qonağı olacaq.
 





30.11.2013    çap et  çap et