Vaxt.Az

BTC Türkmənistanı da cəzb edib


 

Kəmərdən yanvar-noyabr aylarında qonşu ölkənin ciddi həcmdə yanacağı axıb

BTC Türkmənistanı da cəzb edib 2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycan ərazisindəki magistral kəmərlərlə 39,8 milyon ton neft nəql edilib.
Nəql olunan neftin dörddə üç hissəsi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin (BTC) payına düşür. Belə ki, ötən ilin yanvar-noyabr aylarında bu kəmərlə 30,1 milyon ton neft ötürülüb.
Səngəçal terminalından BTC kəməri vasitəsi ilə 2,8 milyon ton tranzit Türkmənistan nefti də nəql olunub.
 





02.01.2014    çap et  çap et