Vaxt.Az

Tramp 100 illik ənənəni pozdu


 

Reyqandan sonra ikinci dəfə

Tramp 100 illik ənənəni pozdu ABŞ prezidenti Donald Tramp vəzifədə olmasının 100 günü münasibətilə keçirilən mitinq zamanı «saxta xəbərləri» kəskin tənqid edərək kütləvi informasiya vasitələrinə hücuma keçib.

«Trend»in verdiyi xəbərə görə, o, Pensilvaniyada tərəfdarlarına bildirib ki, «verdiyi vədləri bir-birinin ardınca» yerinə yetirir.

Tramp, 1981-ci ildə Ronald Reagandan sonra ilk dəfə olaraq, illik ənənəni pozaraq Ağ Evin Müxbirlər Naharına getməyib.

Ağ Evin Müxbirlər Assosiasiyası 1914-cü ildə yaradılıb və 1921-ci ildən hər il prezidentlər bu tədbirə qatılıb.

 





30.04.2017    çap et  çap et