Vaxt.Az

UEFA-dan tarixi qərar


 

Penaltilər seriyasında dəyişiklik edildi

UEFA-dan tarixi qərar UEFA oyunsonrası qalibi müəyyənləşdirmək üçün təşkil olunan penaltilər seriyasında tarixi dəyişiklik etməyə hazırlaşır.

Goal.az xəbər verir ki, komandaların növbə ilə yerinə yetirdikləri 11 metrlik zərbədə dəyişiklik olacaq. İlk penalti yerinə yetirildikdən sonra növbəti komanda 1 deyil, ardıcıl 2 penalti zərbəsi vuracaq.


1-ci penalti – A komandası, 2-ci penalti – B komandası

3-cü – B komandası, 4-cü – A komandası

5-ci – A komandası, 6-cı – B komandası

7-ci – B komandası, 8-ci – A komandası 

9-cu – A komandası, 10-cu – B komandası


Bərabərlik davam etsə 


11-ci – B komandası, 12-ci – A komandası

13-cü – A komandası, 14-cü – B komandası


Bu şəkildə davam edəcək.

UEFA bu qaydanı ilk penaltini vuran komandanın taktiki və psixoloji cəhətdən üstün olmasına görə görə edib.

Yeni penalti sistemi Çexiyada keçirilən qadınlar arasında U-17 Avropa çempionatında sınaqdan keçiriləcək.

 





04.05.2017    çap et  çap et