Vaxt.Az

3 yanvar gecəsində 4 yanğın


 

3 yanğının qarşısı alınsa da, 1 ev tamamilə yanıb

3 yanvar gecəsində 4 yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, yanvarın 3-ü gecə saatlarında ölkə ərazisində 4 yanğın hadisəsi baş verib.
Belə ki, Xaçmaz rayonu, Qusarkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan taxta sexinin içərisinə yığılmış yonqar və taxta qırıntıları 4 kv.m sahədə yanıb. Sex mühafizə olunub və yanğının saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mingəçevir şəhərində isə ümumi sahəsi 170 kv. m. olan 4 otaqlı evin zirzəmisində yanğın yaranıb. Taxta qırıntıları  və zirzəminin tavanının yanar konstruksiyaları 70 kv.m sahəni külə döndərib. Yanğınsöndürənlər evin qalan hissəsini xilas edib. Alov saat 03:25-də söndürülüb.
Saatlı rayonu, Qaracalar kəndində (rayon mərkəzindən 6 km aralı) "Azenerjı" ASC-yə məxsus transformatorun sarğıları və yağı yanıb. Saat 04:22-də yanğının qarşısı tamamilə alınıb.
Yevlax şəhərində taxta konstruksiyadan ibarət, ümumi sahəsi 70 kv.m olan 2 otaqlı ev tamamilə yanıb. Yanğınsöndürənlər saat 06:47-də alovun digər tikililərə keçməsinin qarşısını alıb.
 





03.01.2014    çap et  çap et