Vaxt.Az

«Birgə layihələr uğurla reallaşdırılır»


 

Birinci-vitse prezident Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb

«Birgə layihələr uğurla reallaşdırılır» Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyeva Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşüb.

Görüşdə Mehriban Əliyeva İrina Bokovanın Forumda iştirakından məmnunluğunu bildirib, bu beynəlxalq tədbirdə müzakirə edilən məsələlərin aktuallığını qeyd edib.

Söhbət zamanı UNESCO ilə Azərbaycan arasında sıx əməkdaşlığın qurulduğu, birgə layihələrin uğurla reallaşdırıldığı vurğulanıb, ölkəmizin təşkilatla əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

 





05.05.2017    çap et  çap et