Vaxt.Az

«Biz əlçatmazıq»


 

«Barselona» müdafiəçisi iddialı danışdı

«Biz əlçatmazıq» «Real»ın bizim uğurları əldə eləməsi mümkünsüzdü. Yəqin onlar üçün də yaxşı olardı ki, bu durumu qəbul eləsinlər», «Barselona» və İspaniya millisinin mərkəz müdafiəçisi Jerar Pike nüfuzlu Sport nəşrinə verdiyi açıqlamada deyib.

«Barsa»nın 21-ci əsrdə qazandığı Çempionlar Liqasındakı uğurları, məncə, onlar üçün əlçatmaz olacaq. Eləcə də son İspaniya «La-liga»dakı son 5 ilə baxın. Cəmi bir titulları var. Bizimkilərlə müqayisə etməyə dəyməz. Bunu özləri də görürlər. Məncə bizim uğurlarımız onları qorxudur. Futbol dövran işidir - indi «Barselona»nın dövrüdür», müdafiəçi əlavə edib.

 





03.01.2014    çap et  çap et