«Trend» xəbər verir ki, bunu Bakıda beş ölkənin dəmir yolu qurumlarının rəhbərlərinin görüşündə «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, bu dəhlizə Hindistan, Pakistan, Cənub-Şərqi Asiya və Fars körfəzi regionları daxil olacaq.
C.Qurbanov qeyd edib ki, bu marşrut boyunca əsas məntəqələr Hindistanda Mumbay, İranda Bəndər-Abbas, Azərbaycanda Astara, Gürcüstanda Poti və Batumi, Ukraynada Çernomorsk və İzov, Polşada Slavkov olacaq: «Dəhlizin ümumi uzunluğu 7 654 kilometrdir. Hindistandan Avropaya illik yük daşıma həcmi 72 milyon ton təşkil edir. Dəniz yolu ilə bu məsafə 40 günə bərabərdir, amma «Cənub-Qərb» dəhlizi vasitəsilə bu müddət 15 gün təşkil edəcək».