Vaxt.Az

Qalstuklu «avtoş»


 

Qırmızı «Mazda»nın sirli sahibi həbs olundu

Qalstuklu «avtoş» Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin «Gelandewagen» markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı «Mazda» avtomobilinin sahibi Mirməhəmməd İsmayılov Nərimanov Rayon Məhkəməsinə aparılıb.

«Report»un xəbərinə görə, hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, «Maqa» ləqəbi ilə tanınan M.İsmayılov Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.

Onu da xatırladaq ki, həmin hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

 





07.08.2017    çap et  çap et