Vaxt.Az

«Qeyri-ciddilik və axmaqlıqdır»


 

Səs-küylü qəzanın ikinci iştirakçısını azadlığa buraxıblar?

«Qeyri-ciddilik və axmaqlıqdır» Bu gün səhər saatlarından başlayaraq, bəzi az oxunan saytlar və blogerlər belə bir məlumat yayıblar ki. guya Heydər Əliyev prospektində baş verm iş səs-küylü avtomobil qəzasının ikinci iştirakçısı Mirməhəmməd İsmayılov sərbəst buraxılıb.

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin keçmiş rəis müavini, mayor Əlövsət İsmayılovun oğlu özünün «Mazda» (99 FS 777) markalı maşını ilə Nail Allahverdiyevə məxsus «Mercedes Gеlаndewagen»lə ötüşüb. Ötüşmə faciə ilə nəticələnib.

Dünən DİN və Baş Prokurorluq birgə məlumatla çıxış edərək bildirmişdilər ki, A.İsmayılov 1 ay müddətinə inzibati həbs edilib.

Bu gün isə bəzi saytlar və bloqqerlər bu məlumatın doğruluğunu təkzib etmək fikrinə düşüblər və bildiriblər ki. guya A.İsmayılov həbs edilməyib və avqustun 17-si keçiriləcək toyuna hazırlaşır.

«İki nüfuzlu hüquq-mühafizə orqanının bəyanatını təkzib etmək məsuliyyətsizlikdir. Əlbəttə ki, A.İsmayılov həbs edilib», - bunu virtualaz.org-a Azərbaycan DİN-də bildiriblər.

«Bu cür məlumatın yayılması qeyri-ciddilik və axmaqlıqdır», - bunu isə virttualaz.org-a Baş Prokurorluğun mətbuat xidmətindən deyiblər.

 





08.08.2017    çap et  çap et