Vaxt.Az

«Risk etmək istəmədik»


 

«Zirə»nin baş məşqçisi: «Futbolçularla bu barədə söhbət edəcəm»

«Risk etmək istəmədik» «Zirə»nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində «Səbail»ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

«Birinci oyun həmişə çətin keçir. Bu oyuna da uşaqları buna uyğun hazırlamışdıq. «Səbail» yaxşı rəqibdi. Planlaşdırdığımız kimi, oyuna qolla başladıq. Rəqibin də fürsətləri oldu. Anar Nəzirov da bu gün qapıda yaxşı oynadı. Bu oyundakı səhvlərimiz təhlil edib, təkrarlamamağa çalşacağıq. Komandanın müdafiə xəttini belə zəif görünməsi məni də narahat etdi. Futbolçularla bu barədə söhbət edəcəm. Onlara narazılığımı bildirmişəm. Penalti epizodunda Milan Duriçlə Riçard Qadze arasındakı anlaşılmazlığa gəlincə, hücumçularda bu cəhətdən paxıllıq olur. Qadze penaltini özü qazanmışdı deyə, qol vurmaq istədi. Sonradan hərəkətinə görə üzr istədi. Bu oyunda qol da vurdu. Qabriel Mateyin dizində ağrı var idi. Risk etmək istəmədik. Tam vəziyyətinə sabah həkim müayinəsindən sonra aydınlıq gələcək».

 





14.08.2017    çap et  çap et