Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından «İctimai Wi-Fi» layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə «İçərişəhər» dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, Qış parkı, Zabitlər parkı, Sahil, Axundov, Sabir, Xaqani və Hüseyn Cavid bağları daxildir.
Yaxın zamanlarda pulsuz «Wi-Fi» «Dədə Qorqud» parkında da işə salınacaq.
Xidmət işə salındıqdan etibarən şəbəkəyə 500 mindən çox qoşulma qeydə alınıb.