Vaxt.Az

«Ararat» «qurudu»


 

Erməni sahibkar hesabdan 20 milyon çırpışdırandan klubu bağladı

«Ararat» «qurudu» Cəmi bir neçə ay bundan əvvəl Moskvada yaradılmış «Ararat» futbol klubu bağlanır. Virtualaz.org xəbər verir ki, bunu klubun baş məşqçisi Aleksandr Qriqoryan deyib.

Klub son oyununu sentyabrın 8-də «Ryazan» komandasına qarşı keçirəcək.

«Bizə elan olundu ki, «Ararat» bağlanır. Yəqin ki, «Ryazan»la oyun sonuncu olacaq. Mən səbəbləri oyundan sonra mətbuat konfransında açıqlaya bilərəm. Düşünürəm ki, klub bu cür mövcudluğunu dayandıra bilməz. Ələlxüsus «Ararat» adı altında. Mən istəmirəm ki, o, izahat verilmədən fəaliyyətini dayandırsın. Belə olmamalıdır!» – «Sport-Ekspress» nəşrinə müsahibəsində Qriqoryan bildirib.

Xatırladaq ki, klub bu il qurulub. Komandada Roman Pavlyuçenko, Aleksey Rebko, Marat İzmaylov, İqor Lebedenko kimi məşhur futbolçular oynayır. 7 turdan sonra «Ararat» Rusiya çempionatının ikinci divizionunda «Mərkəz» zonasının lideridir. Komanda Rusiya Kubokunun 1/16 final mərhələsinə yüksəlib.

Bu günlərdə xəbər yayılmışdı ki, klubun prezidenti Valeri Ohanesyan işdən çıxıb və «Ararat»ın hesabından 20 milyon rubl çıxarıb. Daha sonra Ohanesyan klubun yeganə sahibinin özü olmasını vurğulayaraq, bu xəbəri absurd adlandırmışdı.

 





05.09.2017    çap et  çap et