Vaxt.Az

«Peşmanam»


 

Əli Həsənovun nəvəsi ifadə verdi

«Peşmanam» Baş nazir müavini Əli Həsənovun Bakıda «Mercedes-Gelandawagen» markalı avtomobillə qəza törətmiş nəvəsi Nail Allahverdiyev istintaqa ifadə verib. «Report»un xəbərinə görə, N.Allahverdiyev istintaqa verdiyi ilkin ifadəsində özünü təqsirli bildiyini söyləyib. O, hərəkətindən peşman olduğunu deyib.

Bundan başqa, N.Allahverdiyev barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verməkdən imtina edib. Həmçinin o, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə də məhkəməyə müraciət etməyib.

Məlumata görə, Bakı İstintaq Təcridxanasında saxlanılan N.Allahverdiyevin cinayət işi çərçivəsində heç bir zərərçəkmiş şikayət ərizəsi ilə istintaq orqanlarına müraciət etməyib.

Xatırladaq ki, Nair Allahverdiyev avqustun 3-də Bakının Nərimanov rayonu ərazisində 2 nəfərin ölməsi, daha iki nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunur.

 





07.09.2017    çap et  çap et