- Qələbə qazandığımıza görə şadam. Oyundan razı qaldım. Uşaqların hamısına «afərin» deyirəm.
- Hakimin ofsayd qərarına kəskin etiraz etdiz…
- Biz oturduğumuz yerdən Hallideyin oyundan kənar vəziyyətdə olmadığı aşkar görünürdü. Biz ehtiyat oyunçular skamyasından bunu açıq görürdük.
- Cavid Hüseynovun zədəsi nə yerdədi?
- Ciddi bir şey yoxdu. Sadəcə, bir qədər ağrıları olduğundan risk etmək istəmədik.
- «Sumqayıt»la oyundan sonra hakimlərdən narazılıq etmişdiz. Bir müddət öncə isə «Qəbələ»nin vitse-prezidenti Fariz Nəcəfov da AFFA-nı tənqid etdi. Düşünmürsüz ki, hakimlərin sizin əleyhinizə qərar verməsi bununla bağlıdı?
- Mən burada olduğum müddətdə həmişə danışmışam, indi də danışacam. Heç nədən qorxmuram. Demirəm ki, ancaq bizim əleyhimizə qərarlar verirlər. Ancaq düzgün qərar olmayanda bu barədə danışmalıyıq.
- İlk 10-15 dəqiqədə Daboya qarşı çox əsəbi görünürdüz. İndi düşünmürsüz ki, ona qarşı haqsızlıq etmisiz?
- İlk dəqiqədən soyuqqanlı idim. Hansısa futbolçunun oyunundan narazılıq etmişəmsə, deməli, həmin anda buna layiq idi.