Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 16-20 dərəcə isti, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 11-12-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi və yağışlı hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Nazirliyin yaydığı xəbərdarlığa görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-dən 13-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.