Vaxt.Az

İspaniya Kataloniyanın muxtariyyətini ləğv edir


 

Puçdemontdan isə rəsmi Madridə hədələyici məktub

İspaniya Kataloniyanın muxtariyyətini ləğv edir İspaniya hakimiyyəti şənbə günündən Kataloniyanın müstəqilliyini dayandırır. «Reuters»in məlumatına görə, bunu oktyabrın 190-da İspaniya hökumətinin sözçüsü İnigo Mendez De Vigo bəyan edib.

Qeyd edək ki, İspaniya hakimiyyəti müstəqillikdən əl çəkmək üçün Kataloniya lideri Karles Puçdemonta (Carles Puigdomont) oktyabrın 19-u yerli vaxtla səhər saat 10-dək vaxt qoymuşdu.

Puçdemont isə buna cavab olaraq ultimatumun bitməsinə bir neçə dəqiqə qalmış bəyan edib ki, əgər İspaniya hökuməti Kataloniya ilə danışıqlara başlamasa, regional parlament rəsmən İspaniyadan ayrılmağa səs verə bilər.

«Əgər hökumət dialoqa mane olsa və represiyaları davam etdirsə, Kataloniya parlamenti münasib sayılsa rəsmi müstəqillik bəyannaməsinə səs verə bilər», Puçdemont İspaniyanın baş naziri Marian Rajoya ünvanladığı məktubda bildirib.

Kataloniya lideri Puçdemont oktyabrın 1-də keçirilən müstəqillik referendumundan sonra müstəqillik bəyannaməsi imzalayıb, amma onun icrasını saxlayıb və Madridi danışıqlara çağırıb.

İspaniya Kataloniyada keçirilən referendum qanunsuz sayır.

 





19.10.2017    çap et  çap et