Vaxt.Az

İlk iş günündə öldü


 

Hündürlükdən yıxılaraq

İlk iş günündə öldü Bu gün saat 09:30 radələrində Bakının Yasamal rayonunda bir kişi hündürlükdən yıxılıb. Rayon Polis İdarəsi 29-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Yeni Yasamal, Kənar dairəvi yolda baş verib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hündürlükdən yıxılan şəxsin öldüyü bildirilir. Onun təxminən 35 yaşlarında kişi olduğu deyilir. Meyitin əlində fəhlə əlcəyi də olub. Hadisənin intihar olduğu ehtimal edilmir. 
Hadisə şahidləri bildiriblər ki, həmin fəhlə birinci gün imiş ki, işə çıxıbmış.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Hadisə haqqında əlavə məlumatlar veriləcək.
 





28.01.2014    çap et  çap et