Vaxt.Az

«Rəqibin müdafiə xətti, xüsusilə ...»


 

Simeone «Qarabağ»da kimi bəyənib?

«Rəqibin müdafiə xətti, xüsusilə ...» Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda evdə «Qarabağ»la heç-heçə edən (1:1) «Atletiko»nun baş məşqçisi Dieqo Simeone oyunla bağlı fikirlərini bildirib.

Argentinalı mütəxəssis UEFA-nın saytına açıqlamasında ikinci hissədə daha yaxşı təsir bağışladıqlarını deyib:

«Oyuna pis başlamadıq, daha yaxşısını edə bilərdik. Ancaq hücumlar zamanı yetərincə dəqiq ola bilmədik. Belədə, hücumları davam etdirməkdə çətinlik çəkməyə başladıq. Bundan sonra rəqib fərqləndi və biz əsəbi təsir bağışlamağa başladıq. İkinci hissədə isə çox yaxşı oynadıq. Rəqibin müdafiə xətti, xüsusilə, qapıçısı yaxşı təsir bağışladı. O, bu gün yaxşı oyun sərgilədi.

Nəticədən razı deyiləm. Qol vurmaqla bağlı ciddi çətinlik çəkdiyimizi bilirik. «Roma» ilə burdakı matçda qalib gəlmək istəyirik. Nəyə layiqsənsə, onu da qazanacaqsan. «Roma» ilə ev oyunundan sonra şansımızın davam edib-etməyəcəyini görəcəyik.

Biz həmişə eyni oyun üslubundan istifadə etmişik. Sadəcə, fərq ondan ibarətdir ki, nəticə olanda insanlar komandanın gücündən və cəsarətindən danışırlar, olmadıqda isə tam əks şeylər». (Komanda.az)

 





01.11.2017    çap et  çap et