İtaliya yığmasının da şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi bunları söyləyib: «Çox vaxt qapımızdan qol buraxırıq. «Çelsi» ilə oyunda rəqibin fərqlənməsinə imkan vermədik. Azarkeşlərimiz qrup lideri olacağımıza inanırdı. Bu pilləni əldən verməməliyik. Qarşıda daha 2 çətin oyunumuz var. Evdə qəbul edəcəyimiz «Qarabağ» göstərdi ki, asan rəqib deyil. Əvvəlki illərdə ciddi rəqiblərlə oyunda müdafiəyəmeyilli oynayırdıq. İndi isə daha aqressiv təsir bağışlayırıq. Bu, irəliyə doğru atılan addımdır». (Futbolinfo.az)