Vaxt.Az
İlk qatar Qarsa çatdı
Qazaxsıtandan çıxan 32 konteyner 40 saat yol gedib
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə hərəkət edən ilk yük qatarı bu gün səhər saatlarında Qarsa çatıb. «Trend»in məlumatına görə, oktyabrın 24-də Qazaxıstandan çıxan taxılla yüklənmiş qatar 32 konteynerdən ibarətdir.Məlumata görə, həmin qatar Azərbaycandan Qarsa 40 saata
çatıb.
Həmin qatarın son təyinat məntəqəsi Türkiyənin Mersin şəhəri
olacaq.
Qeyd edək ki, BTQ dəmiryolunun təntənəli açılış mərasimi
oktyabrın 30-da Bakıda keçirilib.
03.11.2017 çap et