Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin paytaxtın daha 3 parkın ərazisində tətbiq olunması nəzərdə tutulur. Bununla da pulsuz «Wi-Fi» xidmətinin əhatə etdiyi parkların sayı 20-ə çatacaq
Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından «İctimai Wi-Fi» layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə «İçərişəhər» dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, «Qış parkı», «Zabitlər» parkı, «Sahil», «Axundov», «Sabir», «Xaqani», «Hüseyn Cavid», «Səməd Vurğun», «Muğan», «Dədə Qorqud», «Port Baku Residence»lə «Port Baku Mall» arasında yerləşən «Fashion Avenue» və «İzmir» parkları daxildir.
Xidmət işə salındıqdan etibarən şəbəkəyə 1,5 milyondan çox qoşulma qeydə alınıb.