S.Seyidov virtualaz.org-a eksklüziv açıqlamasında bildirib ki, o, deputat və sadə azərbaycanlı kimi qardaş ölkənin prezidentinə Rusiya lideri Vladimir Putinin qarşısında Qarabağ məsələsini qaldırdığına görə təşəkkür edir: «Siyasətdə belə bir anlayış var: problemin aktuallaşdırılması. Ərdoğan, Qarabağ məsələsini qaldırmaqla onu aktuallaşdırdı. Və iki regional, nəhəng dövlətin liderləri tərəfindən bu mürəkkəb mövzunun müzakirəsinin özü artıq müsbət qiymətləndirilməlidir».
«Bununla birlikdə, mən Putinin bəyanatını də dramatikləşdirmək istəməzdim. Axı o demir ki, Rusiya problemin həllinə ümumiyyətlə ümidini itirib, o yalnız onu göstərib ki, problemin həll olunmamazlığı iki tərəf arasındakı münasibətlərlə bağlıdır. Azərbaycan dəfələrlə bildirib ki, o, qarşı tərəfin beynəlxalq hüquqa hörmət etməsi şərti ilə Ermənistanla konstruktiv münasibətlərə hazırdır. Unutmaq olmaz ki, bu münaqişənin təşəbbüskarı biz deyilik və nə qədər ki, Ermənistan, onun rəhbərliyi öz siyasətinin zərərliliyini anlamır, regionda vəziyyət dəyişməyəcək. Bu bütün tərəflərə aydın olmalıdır. Və Azərbaycan konstruktiv, substantiv danışıqlara həmişə hazırdır. Amma hər halda, mən Qarabağ probleminin iki regional dövlət tərəfindən müzakirəsini müsbət məqam hesab edirəm», - S.Seyidov vurğulayıb.