Vaxt.Az

Kontedən gözlənilməz addım


 

«Çelsi» BOS-dan imtina etdi

Kontedən gözlənilməz addım «Çelsi» Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda «Qarabağ»la səfər oyunu öncəsi son məşqini matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda (BOS) yox, 8-ci kilometr qəsəbə stadionunda keçirəcək. VAXT.AZ xəbər verir ki, məşq bu gün saat 15:00-da başlayacaq.

Qeyd edək ki, adətən qonaq komandalar oyundan qabaq son məşqlərini matçın oynanılacağı stadionda keçirirlər.

London təmsilçisinin bu gözlənilməz addımı ilə bağlı «Qarabağ» klubunun baş meneceri Asif Əsgərov qol.az-a açıqlama verib. O deyib:

«Bu, böyük ehtimalla baş məşqçinin seçimidir. Antonio Konte hələ İtaliya millisini çalışdırarkən Azərbaycanla matça gələndə də (oktyabr, 2015-ci il - red.) oyunöncəsi məşqi Olimpiya stadionunda yox, «Azərsun Arena»da keçirmişdi. Belə addım atmaqda onun məqsədi bu idi ki, komandanın məşqi qapalı keçsin və heç kim hazırlığa baxa bilməsin. O zaman onlar şərt qoymuşdular ki, kənar heç kim məşqə baxa bilməz. Görünür, bu dəfə isə o, «Çelsi» üçün qapalı ərazini seçib. Hətta bildiyimə görə, futbolçuların motivasiyasını poza biləcək kənar təsirlərin olmaması üçün məşq zamanı stadiona 150 nəfərədək polis əməkdaşı cəlb olunacaq».

 





21.11.2017    çap et  çap et