Natiq Qədimov 1976-cı ilin iyul ayının 2-də Bakıda dünyaya göz açıb. Uzun müddət televiziya və mətbu orqanlarda çalışıb. Hələ «Ayna» («Zerkalo») qəzetində işlədiyi müddətdən böyük hörmət qazanıb. İctimaiyyət isə onu daha çox bir vaxtlar ANS televiziyasında yayımlanan «İç Xəbər» və «Növbətçi» verilişlərindən tanıyır. Əsasən kriminal xəbər aparıcısı və müxbiri olsa da, zarafatcıl, deyib-gülən, səmimi və mehriban insan kimi yaddaşlarda qalıb.
Telejurnalistin qəfil ölümü tək onun ailə üzvlərini deyil, dostlarını və onu tanıyan hər kəsi sarsıdıb. Əvvəllər səhhətindən şikayətlənməsə də, ani infarkt onu elə ailə üzvlərinin, yaxınlarının əhatəsində haqladı.
Allahdan əziz dostumuza rəhmət, ailəsinə isə dərin hüznlə başsağlığı diləyirik!
VAXT.AZ-da baş verən üzücü itkidən üzüldüyünü bildirir APA TV-yə və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin, məkanı cənnət olsun!