Oyun sındırıldıqdan sonra onsuz da uduzan komandaya bəsit bir əngəlləməyə görə ikinci 11 metrlik cərimə zərbəsi belə asanlıqla verilmir. Burada ədalətsizlikdən söhbət getmir, hakimin əvvəlcədən nəzərdə tutduğunu həyata keçirməsindən, yəni planlı hərəkətindən söhbət gedir. Futbolda bunlar olur.
Bilirsiniz mən nəyə sevindim? Komandamızın sona qədər sistemi pozulmadı, son üç oyunu azlıqda oynayır, ancaq mübariz xarakteri dəyişmir. Qurban Qurbanova Azərbaycan adına ancaq təşəkkür düşür. Son dörd oyunda meydanda məzlum komanda olmadı, hakimə rəğmən dirəniş göstərən, rəqiblə baş-başa oyun oynayan, rəqibin avtoritetindən çəkinməyən bir komanda vardı...
Ən xoşuma gələn də oyunçuların emosional davranış göstərməməsi idi. Qərəzli hakimə qarşı hansısa sərt hərəkətə görə komandaya cərimə yükü gətirmədilər. Bu komandaya güvənim zərrə qədər də azalmadı. Uduzsa da, bizi utandırmadı «Qarabağ!»