Bankların aktivlərinin 38,2 faizini və yaxud 10 056,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 10 ayda sektorun kredit portfeli 29,4 faiz kiçilib.
Hesabat dövründə bankların cəmi öhdəlikləri 21,4 faiz azalaraq 23 216,6 milyon manata, o cümlədən depozit portfeli 4,7 faiz azalaraq 15 640,4 milyon manata düşüb. Bunun 7 250,2 milyon manatı fiziki şəxslərin, 8 390,2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. Yanvar-oktyabr aylarında əhalinin əmanətləri 2,45 faiz, şirkətlərin vəsaitləri isə 6,55 faiz azalıb.
İlin əvvəlindən bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri isə 66,6 faiz azalaraq 566,6 milyon manata düşüb.
Bu müddətdə bank sektorunun cəmi kapitalı isə 62,1 faiz artaraq 3 095 milyon manata çatıb.