O deyib ki, indi Ermənistanda hakimiyyət xalqın əlindədir: “Obrazlı desək, buna müqavimət göstərmək əhəmiyyətsizdir”.
N.Paşinyan qeyd edib ki, aprelin 24-də baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla "Mariott" otelində görüşəcək və baş nazir məsələsi ilə bağlı danışıqları davam etdirəcək: “Mən birmənalı şəkildə vurğulamaq istrdim ki, “məxməri inqilab” yarımçıq qala bilməz. Onu sonadək başa çatdırmaq lazımdır. Ümid edirəm ki, siz tam qələbəyədək onu başa çatdıracaqsınız. Serj Sarkisyan və Respublikaçılar Partiyası yaranmış vəziyyət nəticəsində kölgə rejimi ilə dövləti idarə edəcəklərinə ümidlənməsinlər və ən yaxşısı bu xülyadan əl çəksinlər”.