“Report” xəbər verir ki, Çilidən olan oyunçu şəxsi “İnstagram”ında foto yerləşdirərək, “kral klubu”nun üzvlərini siçanlar adlandırıb. Sonradan 30 yaşlı futbolçu bu fotonu silib.
Bundan başqa, Vidal “Real Madrid”in qapısına təyin olunmayan penalti epizoduna kobud formada şərh verib.
Qeyd edək ki, Arturo Vidal “Bavariya”nın məşqində aldığı zədə üzündən mövsümün qalan hissəsini buraxmalı olacaq. “Real Madrid” səfərdə 2:1 hesabı ilə yendiyi Almaniya klubu ilə evdə heç-heçə edib - 2:2. Bu nəticə ilə İspaniya təmsilçisi finala yüksəlib. Cavab görüşündə ilk yarının uzatma dəqiqələrində türkiyəli baş hakim Cüneyt Çakır “kral klubu”nun futbolçusu Marselonun əlinə dəyən topu penalti kimi dəyərləndirməyib. Bu isə böyük müzakirələrə səbəb olub.