Virtualaz.org təşkilatın saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, bundan başqa, Azərbaycan nümayəndə heyətinin iki yeni üzvü - Çingiz Qənizadə və Naqif Həmzəyev nümayəndə heyətinin üzvləri kimi təsdiqləniblər.
***
AŞPA-nın üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə Monitorinq Komitəsinin iclasında Səməd Seyidovun yerinə Serbiya üzrə yeni həmməruzəçi təyin edilib.
APA-nın xəbərinə görə, bu barədə komitənin iclasında iştirak edən Serbiya nümayəndə heyətinin sədri Aleksandra Tomic məlumat verib.
Britaniyalı Robert Godvil yeni həmməruzəçi təyin olunub. Digər həmməruzəçi isə finlandiyalı Maria Guzennia olaraq qalır.