Dünya Ticarət Təşkilatının rəsmi internet səhifəsində verilən açıqlamada, “Türkiyə, ABŞ-ın qərarının Dünya Ticarət Təşkilatının Gömrük Tarifləri və Ticarət Müqaviləsinin bəzi hökmləri ilə toqquşduğunu iddia edir”, ifadələri yer alıb.
Türkiyənin Ticarət Nazirliyi, ABŞ-ın alüminium və polad ticarətinə tətbiq etdiyi əlavə vergilərlə bağlı məhkəmə prosesinin başladığını bildirib. Açıqlamada, “ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi əlavə gömrük rüsumları üçün məhkəmə prosesi başlanılmışdır”, ifadələri istifadə edilib.
ABŞ Prezidenti Donald Tramp, keşiş Brunson böhranı səbəbi ilə Türkiyədən idxal edilən alüminium və polada tətbiq edilən vergiləri artırdığını bildirmişdi. Tramp sosial media səhifəsindən etdiyi açıqlamada, “Alüminiumda bu nisbət artıq 20 faiz, poladda də 50 faiz olacaq. Türkiyə ilə əlaqələrimiz bu dövrdə yaxşı deyil”, ifadələrini işlətmişdi.