Vaxt.Az

Litva Rusiya səfirini qovur


 

Öz elçisini və konsulunu da geir çağırır

Litva Rusiya səfirini qovur Litva səfiri Eitvydas Bayarunası iyunun 1-dən Rusiyadan geri çağırmaq qərarına gəlib.

İyunun 7-dən Sankt-Peterburqdakı konsulluq ləğv ediləcək. Aprelin əvvəlində Litva hakimiyyəti səfiri Rusiyadan geri çağırdıqlarını elan edib və Rusiya səfiri Aleksey İsakova ölkəni tərk etmək əmri verilib. Həmçinin Rusiyanın Klaypedadakı konsulluğunun bağlanması qərara alınıb.

Buna cavab olaraq, aprelin 21-də Rusiya Xarici İşlər Nazirliyi Litvanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun bağlandığını bildirib .

Mayın 10-da Litva parlamenti Rusiyanın Ukraynaya qarşı müharibəsinin Ukrayna xalqının soyqırımı kimi tanınması barədə qətnamə qəbul edib. Sənəddə deyilir ki, ordusu şüurlu və sistemli şəkildə bombardman üçün mülki hədəfləri seçən Rusiya terroru dəstəkləyən və həyata keçirən dövlətdir.

 





13.05.2022    çap et  çap et