Vaxt.Az

Gəmi əleyhinə silahlar lazımdır


 

“Qara dənizdə təhlükəsiz keçidinin ən yaxşı təminatçısı Ukrayna ordusu ola bilər”

Gəmi əleyhinə silahlar lazımdır Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, payızadək Ukraynada 75 milyon ton taxıl yığışıb qala bilər. “Reuters”in məlumatına görə, o qeyd edib ki, taxıl ixracının təhlükəsizliyini təmin etmək üçün Ukraynaya gəmi əleyhinə silahlar lazımdır.

Zelenski iyulun 6-da Kiyevdə keçirdiyi brifinqdə bildirib ki, Ukrayna hazırda Türkiyə və Böyük Britaniya ilə Qara dəniz vasitəsi ilə ixraca zəmanət verəcək 3-cü ölkə ideyasını müzakirə edir.

Amma o, qeyd edib ki, Qara dənizdə təhlükəsiz keçidinin ən yaxşı təminatçısı Ukrayna ordusu ola bilər.

Qeyd edək ki, Qərb rəsmiləri Rusiyanı enerji sektorunda olduğu kimi, ərzaq məhsullarından silah kimi istifadə etməkdə günahlandırırlar.

Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyen hələ iyunun 2-də bildirmişdi ki, Avropanın Ukraynada 20 milyon ton buğdası var və biz hər vasitə ilə onun çıxarılmasına nail olmalıyıq.

BMT-nin baş katibi Antonio Quterreş də xəbərdarlıq edib ki, Rusiya-Ukrayna münaqişəsi qlobal ərzaq böhranına səbəb ola bilər.

Qeyd edək ki, Ukrayna dünyanın əsas buğda təminatçılarından biridir, xüsusilə də ərzaq buğdası.

Müharibəyə-Rusiyanın Ukraynanın Qara dənizdəki əksər limanlarını nəzarətə götürməsinə görə, bu ölkədən ixrac əngəllənib. Bundan başqa bu mövsüm Rusiya işğalında olan ərazilərdə əkin aparmaq demək olar ki, mümkün olmayıb.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

 





07.06.2022    çap et  çap et