Vaxt.Az
Fransada yeni koronavirus dalğası
Maskadan məcburi istifadənin bərpası istənilir
Fransada COVİD-19 pandemiyasının yeni dalğası başlayıb. “Reuters” xəbər verir ki, bu barədə Fransanın koronavirusa qarşı peyvənd proqramının rəhbəri, epidemiologiya professoru Alen Fişer bildirib.
O, Fransada COVİD-19 pandemiyasının
yenidən yayıldığını deyib.
A.Fişer ictimai nəqliyyatda tibbi
maskaların məcburi istifadə edilməsinin bərpasının tərəfdarı olduğunu söyləyib.
Qeyd edək ki, Fransada koronavirusa yeni
yoluxma halları bir ayda üç dəfə artıb.
22.06.2022 çap et