1991-ci ildə SSRİ-də baş vermiş qiyam – QKÇP zamanı 24 yaşlı Surovkin Taman motoatıcı divizyasında qulluq edib. Onun komandiri olduğu batalyon Moskvada Arbat və “Sadovıy Koltso” da qiyama etiraz edənlərin qurduğu barrikadanı dağıtmaq üçün hücuma keçib.
Qarşıdurma zamanı üç nəfər etirazçı həlak olub. Onlara sonradan Sovet İttifaqı Qəhrəmanı adı verilib.
QKÇP məğlub olandan sonra dinc vətəndaşalrın həlak olmasında ittiham edilən Surovkin bir neçə ay həbsdə olub.
Sonradan onun üzərindən ittiham götürülüb.
Moskva prokurorluğunun qərarına görə, Surovkin komandanlığın əmrini yerinə yetirib.
Surovkin 30 ildən sonra yenidən SSRİ qurmaq üçün meydana göndərilib.
Bu da taleyin bir ironiyasıdır.