Vaxt.Az

İranda etirazlar səngimir


 

12 oktyabrda nəzərdə tutulan kütləvi nümayişlərə hazırlıq barədə bildiriş yayılıb

İranda etirazlar səngimir İranda etirazçıların qanlı repressiyalarına baxmayaraq, ümumölkə tətillər, nümayişlər və etirazlar davam edir. Oktyabrın 12-də ümumölkə mitinqlər və tətillər keçirmək üçün Tehran məhəllələrinin gəncləri və neft sənayesi işçiləri tərəfindən yeni çağırışlar edilib.

Tehran Məhəllələrinin Gəncliyi qrupu oktyabrın 12-i 9 saylı elanında “saat 12:00-dan səhərə qədər bütün əsas meydan və küçələrdə” mitinqə çağırış edib.

Bu qrup daha əvvəl bir neçə şəhərdə məhəllə gəncləri qruplarının yaradıldığını elan etmişdi.

Qeyd edək ki, Tehran Məhəllələrinin Gəncliyi qrupu xüsusilə paytaxtda keçirilən nümayişlərdə aktivliyi ilə seçilir.

Bu qrup bundan öncə yaydığı 8 çağırışda Tehranın bir neçə məntəqəsində on minlərlə vətəndaşın aksiyalara qoşulmasına nail olub.

 





11.10.2022    çap et  çap et