Vaxt.Az

Fransa Avropa Birliyinə qarşı


 

Ermənistana görə Azərbaycana qarşı sanksiya tələb edən Makron danışıqlarda vasitəçi ola bilməz

Fransa Avropa Birliyinə qarşı Makronun “France-2” telekanalına müsahibəsində Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan etməsi göstərir ki, bu ölkənin Bakı-İrəvan münasibətlərinin normallaşmasında vasitəçilik etməsi qəbul edilə bilməz, çünki Fransa tərəf olduğunu ən yüksək səviyyədə bəyan edir.

Müsahibədə əsas diqqətçəkən məqamlardan biri isə Azərbaycanın Avropaya qaz satmasının heç bir “güzəştə” əsas vermədiyi haqda dedikləridir.

“Fransa Azərbaycandan qaz almır, bir neçə Avropa ölkəsi ilə qaz razılaşmaları var. Mən Fransa və Avropanın mövqeyi haqda deyə bilərəm ki, “bizim dəyərlərimiz və prinsiplərimiz” nə qazla, nə neftlə satın alınmır”, – Makron deyib.

Bununla “Azərbaycana qarşı sanksiyaları nəzərdən keçirmədiklərini” deyən Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali komissarı Cosef Borelə cavab verir və Bakıya qarşı cəbhəni gücləndirəcəklərini elan edir. Gələn ay Fransa senatı Azərbaycana qarşı sanksiyaların tətbiqini müzakirə edəcəklər. İstisna deyil ki, Fransa hökuməti təzyiq xarakterli qərarların qəbuluna çalışacaq.

 





13.10.2022    çap et  çap et