Ukrayna böhranının regional və qlobal təsirlərindən danışan Türkiyə Prezidenti bildirib ki, artıq bu təsirləri hər kəs hiss edir: “Ədalətli sülh diplomatiya ilə əldə oluna bilər. Ukraynada sülhün əldə olunması istiqamətində səylərimizi hər kəs qiymətləndirir. Taxıl sazişi, əsir mübadiləsi səylərimizin nəticəsidir”.
Ərdoğan çıxışında beynəlxalq təhlükəsizlik sisteminə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Türkiyə dost ölkələrin fikirlərinə önəm verir. Türkiyə lideri həmçinin Əfqanıstanda da sabitliyin təmin olunmasının vacibliyini qeyd edib və bu ölkəyə dəstəyin davam etdirməlisinin zəruriliyini bildirib. (Report.az)