Vaxt.Az

“Ermənistanın müharibə cinayətləri sistemli olub”


 

İlham Əliyev: “3900-ə yaxın itkin vətəndaşımız işgəncələrlə öldürülüb”

“Ermənistanın müharibə cinayətləri sistemli olub” “Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında bildirib.

“Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Biz işğaldan azad edilmiş iki kənddə bu il kütləvi məzarlıqlar aşkar etdik”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Ermənistanın Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməli olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, biz iki ilə yaxındır bu məlumatı tələb edirik, ancaq Ermənistan hökuməti bunu Azərbaycanla bölüşməkdən imtina edir və bununla da özünü Ermənistanın əvvəlki rejimlərinin cinayətkar liderləri ilə assosiasiya edir.

 





13.10.2022    çap et  çap et