D.Medvedev “Telegram” kanalında yazıb: “O, Fransanın Ermənistanı nə qədər çox sevdiyini şiddətlə deyir. Burada erməni diasporunun nüfuzlu nümayəndələri ilə bağlı planlar kifayət qədər şəffafdır. Makron müdrik və nəcib görünməyə çalışır. Ancaq gəlin xatırlayaq ki, Fransa 1960-cı illərin sonundan yarım əsrdən artıq müddətdə özünü keçmiş müstəmləkələrində insanlara necə divan tutub. Malidə, Ruandada, Konqoda, Əlcəzairdə buna görə nə qanlar axıdılıb, çaylara çevrilib. Makron özü bir vaxtlar “sivil” Fransanın bilavasitə iştirakı ilə dinc tutsilərin soyqırımına görə afrikalılardan bağışlanmalarını istədi. Kəsik başlar və tamamilə dağıdılmış kəndlərə görə. Cəsədlərlə dolu quyulara görə. Fransızların əbədiyyən vicdanında olacaq, müstəqil və kasıb ölkələrdə “parçala və hökm sür”edin” siyasətinə görə...”